...

Tarix İnstitutunun səyyar elmi şuraları keçiriləcək

Cəmiyyət Materials 17 Dekabr 2012 12:52 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutu Elmi şuralarını Azərbaycanın şimal-qərb regionunda keçirəcək.
Tarix İnstitutunun səyyar elmi şuraları keçiriləcək

Azərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutu Elmi şuralarını Azərbaycanın şimal-qərb regionunda keçirəcək.

İnstitutdan bazar ertəsi Trend-ə verilən məlumata görə, institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Yaqub Mahmudovun rəhbərliyi ilə dekabrın 19-u Balakəndə, 20-si Zaqatalada, 21-i isə Qaxda Elmi şuralar keçiriləcək.

Tarix İnstitutunun əməkdaşları həmin rayonların ziyalıları və ictimaiyyəti ilə görüşlər, regionun tarixi, müasir vəziyyəti və inkişaf perspektivləri ilə bağlı elmi konfranslar keçirəcəklər. "Şimal-Qərbi Azərbaycan tarixi", "İlisu sultanlığı" və regionun tarixi ilə bağlı digər kitabların təqdimat mərasimlərinin təşkil edilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti