...

Ombudsman Nemət Pənahlı ilə bağlı araşdırma aparıb

Cəmiyyət Materials 21 Dekabr 2012 10:23 (UTC +04:00)
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin tapşırığına əsasən, Aparatın əməkdaşları tərəfindən Penitensiar Xidmətin 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Nemət Pənahlı ilə bağlı araşdırma aparılıb.
Ombudsman Nemət Pənahlı ilə bağlı araşdırma aparıb

Azərbaycan, Bakı, 21 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin tapşırığına əsasən, Aparatın əməkdaşları tərəfindən Penitensiar Xidmətin 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Nemət Pənahlı ilə bağlı araşdırma aparılıb.

Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Pənahlı dekabrın 18-də müəssisənin daxili rejim qaydalarına əməl etmədiyi üçün 7 gün müddətinə cərimə təcridxanasına salınıb. Pənahlı aclıq keçirdiyi üçün cərimə təcridxanasında təcrid olunub və həkim nəzarətindədir. Eyni zamanda müəssisəsinin tibb hissəsinin rəisinə onun səhhətinin nəzarətdə saxlanılması barədə tapşırıq verilib. Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri məhkuma baş çəkiblər.

Məlumatda qeyd olunur ki, Pənahlının məlum müraciətində yay aylarında Penitensiar Xidmətin 3 saylı ixtisaslaşdırılmış müalicə müəssisəsində (İMM) Müvəkkillə görüşmək istəyən məhkumun öldürülməsi ilə bağlı məlumat həqiqətə uyğun deyildir. Belə ki, dekabrın 11-də Ombudsman Aparatının əməkdaşları Pənahlı ilə görüşləri zamanı o, bu məsələni bildirsə də, həmin məhkumun adı və hadisə ilə bağlı məlumat verməyib, bunu başqalarından eşitdiyini deyib.

Müvəkkil və onun əməkdaşı sentyabrın 5-də 3 saylı cəzaçəkmə müəssisəsində olarkən yalnız müəssisənin cərimə təcridxanasında saxlanılan məhkumlarla görüşüblər. Bundan əlavə hər hansı məhkum Müvəkkilə müraciət etməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti