...

Əmək Məcəlləsinə dəyişiklik ediləcək

Cəmiyyət Materials 21 Dekabr 2012 11:58 (UTC +04:00)
Azərbaycanda əmək və icra intizamının pozulmasına görə tətbiq edilən intizam tənbehinin verilməsi qaydalarına dəyişiklik edilir.
Əmək Məcəlləsinə dəyişiklik ediləcək

Azərbaycan, Bakı, 21 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda əmək və icra intizamının pozulmasına görə tətbiq edilən intizam tənbehinin verilməsi qaydalarına dəyişiklik edilir.

Trend-in məlumatına görə, bununla bağlı Əmək Məcəlləsinə dəyişiklik nəzərdə tutan qanun layihəsi hazırlanaraq parlamentin müzakirəsinə verilib.

Təklif olunan dəyişikliyə əsasən, müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir.

Hazırda qüvvədə olan qanunvericilikdə bu müddət 1 il nəzərdə tutulur.

Qanun layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti