...

Milli Məclis Ali və Apelyasiya məhkəmələrinə hakimləri təsdiqlədi

Cəmiyyət Materials 21 Dekabr 2012 12:53 (UTC +04:00)
Milli Məclisin bu gün keçirilən iclasında Ali Məhkəmənin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və Sumqayıt Apellyasiya Məhkəməsinin hakimlərinin təyin olunması barədə məsələyə baxılıb.
Milli Məclis Ali və Apelyasiya məhkəmələrinə hakimləri təsdiqlədi

Azərbaycan, Bakı, 21 dekabr /Trend, müxbir M.Əliyev/

Milli Məclisin bu gün keçirilən iclasında Ali Məhkəmənin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və Sumqayıt Apellyasiya Məhkəməsinin hakimlərinin təyin olunması barədə məsələyə baxılıb.

Trend-in məlumatına görə, Milli Məclis Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi İslam Əliyevi və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədr müavini İlham Cəfərovu Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təsdiq edib. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi, səlahiyət müddəti 2013-cü il yanvarın 2-də başa çatan İlqar Mirzəyevin yenidən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi, səlahiyət müddəti 2013-cü il yanvarın 2-də başa çatan Hüseyn Nəbiyevin təkrar Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi barədə qərar qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti