...

Azərbaycanda dəm qazından 450 nəfər zəhərlənib

Cəmiyyət Materials 24 Dekabr 2012 17:33 (UTC +04:00)
Səhiyyə Nazirliyi Kliniki Tibbi Mərkəzinin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bazar ertəsi Trend-ə bildirib ki, dünən xəstəxanaya 7, bu gün isə 6 nəfər gətirilib.
Azərbaycanda dəm qazından 450 nəfər zəhərlənib

Azərbaycan, Bakı, 24 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda dəm qazından zəhərlənmə hallarının çoxu hamamda baş verir.

Səhiyyə Nazirliyi Kliniki Tibbi Mərkəzinin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bazar ertəsi Trend-ə bildirib ki, dünən xəstəxanaya 7, bu gün isə 6 nəfər gətirilib. Ümumilikdə bu il dəm qazından zəhərlənmə ilə bağlı mərkəzə 450 nəfərdən çox xəstə gətirilib. Zəhərlənmə hallarının çoxu yanvar-mart və noyabr-dekabr aylarında baş verib.

Maqsudov bildirib ki, dəm qazından zəhərlənmələrin sayı ötən illə müqayisədə artıb. 2011-ci ildə mərkəzə 356 nəfər dəm qazından zəhərlənmiş xəstə gətirilmişdi.

Maqsudov deyib ki, mərkəzə alkoqol sərxoşluğuna görə il ərzində 100-150 nəfər gətirilir.

"Alkoloq sərxoşluğu zəhərlənmə deyil. Ancaq onda zəhərlənmənin əlavə təsirləri baş verir. Həmin şəxslərin səhhəti içkinin və soyuq havanın təsirindən pisləşir. Belə insanlara yardım göstərildikdən sonra evə buraxılır", - toksikoloq əlavə edib.

Qeyd edək ki, "Azəriqaz" İstehsalat Birliyi də hamamda dəm qazından zəhərlənmələrin baş verməsini xüsusi tüstü borularının olmaması ilə izah edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti