...

Azərbaycan sinoptiklərindən həftəsonu üçün hava müjdəsi

Cəmiyyət Materials 27 Dekabr 2012 13:50 (UTC +04:00)
Bakıda və Abşeron yarımadasında dekabrın 28-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir.
Azərbaycan sinoptiklərindən həftəsonu üçün hava müjdəsi

Azərbaycan, Bakı, 27 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda həftəsonu hava sabit keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildirilib ki, dekabrın 28-29-da Bakıda və Abşeron yarımadasında nisbətən sabit hava şəraiti, biometeoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Bakıda və Abşeron yarımadasında dekabrın 28-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 2-4, gündüz 7-11 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında dekabrın 28-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub-qərb küləyi əsasən dağlıq ərazilərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 3-8, bəzi yerlərdə 12 dərəcəyədək şaxta, gündüz 2-7, bəzi yerlərdə 10 dərəcəyədək isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti