...

Azərbaycanda işçinin əməkhaqqından tutulan ödənişlərin sayı artırılacaq

Cəmiyyət Materials 28 Dekabr 2012 10:01 (UTC +04:00)
Əmək Məcəlləsinə dəyişikliklər təklif olunur.
Azərbaycanda işçinin əməkhaqqından tutulan ödənişlərin sayı artırılacaq

Azərbaycan, Bakı, 28 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Əmək Məcəlləsinə dəyişikliklər təklif olunur.

Trend-in məlumatına görə, dəyişikliklərdən biri kollektiv müqavilənin məzmunu ilə bağlıdır. Belə ki, kollektiv müqavilənin tərəflərin qarşılıqlı öhdəlikləri ilə bağlı hissəsinə dəyişikliklər təklif olunur.

Öhdəliklərdən biri həmkarlar ittifaqının üzvü olan işçilərin əməkhaqqından həmkarlar ittifaqına üzvlük haqlarının işəgötürən tərəfindən mühasibatlıq vasitəsi ilə tutulmasının təmin edilməsi və 4 iş günü müddətində həmin müəssisənin həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürülməsidir. Hazırkı qanunda bu öhdəlik həmkarlar ittifaqlarının üzvlərinin əməkhaqqından üzvlük haqqının tutulması kimi qeyd olunur.

Yuxarıdakı dəyişikliyə uyğun olaraq işəgötürənin sərəncamı ilə işçinin əməkhaqqından tutulan ödənişlərə bir ödənişin də daxil edilməsi təklif olunur. Bu ödənişə həmkarlar ittifaqının üzvü olan işçilərin əməkhaqqından mühasibatlıq vasitəsi ilə tutulan və 4 iş günü müddətində həmin müəssisənin həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürülən həmkarlar ittifaqına üzvlük haqları daxildir.

Qanun layihəsi parlamentin bu gün keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti