...

Gələn ilin ilk günləri Azərbaycanda mülayim hava şəraiti hökm sürəcək

Cəmiyyət Materials 31 Dekabr 2012 14:11 (UTC +04:00)
Gələn ilin ilk günləri Azərbaycan ərazisində nisbətən mülayim hava şəraiti hökm sürəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, yanvarın 1-dən 3-dək Bakı və Abşeron yarımadasının hava şəraitində mühüm dəyişiklik gözlənilmir.
Gələn ilin ilk günləri Azərbaycanda mülayim hava şəraiti hökm sürəcək

Azərbaycan, Bakı, 31 dekabr /Trend/

Gələn ilin ilk günləri Azərbaycan ərazisində nisbətən mülayim hava şəraiti hökm sürəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, yanvarın 1-dən 3-dək Bakı və Abşeron yarımadasının hava şəraitində mühüm dəyişiklik gözlənilmir.

Meteoroloji amillərin zəif və mülayim dəyişikliyi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Yanvarın 1-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir. Bakıda gecə 0-2° isti, gündüz 6-8° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında yanvarın 1-də hava əsasən yağmursuz keçəcək. Gecə və səhər duman olacaq. Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti, dağlarda 7-12° şaxta, gündüz 1-6° isti olacaqdır.

Xəbər lenti

Xəbər lenti