...

Ramil Usubov Daxili Qoşunların "N" saylı hərbi hissəsində olub

Cəmiyyət Materials 3 Yanvar 2013 10:45 (UTC +04:00)
Yanvarın 2-də Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov Daxili Qoşunların Bakıdakı "N" saylı hərbi hissəsində olub.
Ramil Usubov Daxili Qoşunların "N" saylı hərbi hissəsində olub

Azərbaycan, Bakı, 3 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Yanvarın 2-də Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov Daxili Qoşunların Bakıdakı "N" saylı hərbi hissəsində olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin salamlarını və Yeni il təbriklərini şəxsi heyətə çatdıran nazir, zabit və əsgərlərin xidmət və məişət şəraiti ilə, həmçinin hərbi hissənin döyüş hazırlığı ilə yaxından tanış olub, tapşırıq və tövsiyələrini verib.

Eyni zamanda, yeni inşa edilən helikopter meydançasında və anqarlarda aparılan tikinti işləri ilə də maraqlanıb, işlərin gedişindən razı qaldığını bildirib.

Daha sonra daxili işlər naziri Ramil Usubov və nazir müavini, Daxili Qoşunların komandanı Zakir Həsənov bayram süfrəsi arxasında şəxsi heyətlə və əsgər valideynləri ilə birlikdə nahar ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti