...

Bakı metrosunun sərnişinləri üçün xoş xəbər

Cəmiyyət Materials 7 Yanvar 2013 14:32 (UTC +04:00)
Bakı Metropoliteni "Tranmaşholdinq" QSC-nin istehsalı olan beş vaqonun sınaqdan keçirilməsinə başlayıb. Bu barədə bazar ertəsi Trend-ə Bakı Metropolitenindən bildirilib.
Bakı metrosunun sərnişinləri üçün xoş xəbər

Azərbaycan, Bakı, 7 yanvar /Trend, müxbir E.İsmayılov/

Bakı Metropoliteni "Tranmaşholdinq" QSC-nin istehsalı olan beş vaqonun sınaqdan keçirilməsinə başlayıb. Bu barədə bazar ertəsi Trend-ə Bakı Metropolitenindən bildirilib.

Məlumata görə, 81-760/761 seriyasından olan beş vaqon artıq Bakı Metropoliteninin xətlərində sınaqdan keçirilir.

"Yeni vaqonların sınaqdan keçirilməsi və Bakı Metropoliteninin xətlərinə uyğunlaşdırılması altı ay ərzində həyata keçiriləcək", - Metropolitendən bildirilib.

Məlumata görə, artıq bu tip vaqonlardan Moskva metrosunda istifadə olunur. Bakı Metropoliteni hələ bu tip vaqonlar almayıb, hələlik yalnız onların sınaqdan keçirilməsi prosesi aparılacaq. Yeni vaqonların uğurla tətbiq olunacağı və dövlət büdcəsindən vəsait ayrılacağı halda onları almaq mümkün olacaq.

Bununla yanaşı, qərar qəbul ediləcəyi halda yeni xətlər üçün yeni tipli vaqonlar alınacaq. "Hələlik yeni xətlərin tikintisi prosesi getdiyindən vaqonlar köhnə xətlərdə sınaqdan keçirilir", - Metropolitendən bildirilib.

Yeni qatarlar iqlim nəzarəti və havanın dezinfeksiya edilməsi sistemləri, həmçinin sərnişin salonunun və maşinist kabinələrinin istilik sistemləri ilə təchiz edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti