...

Bakının bəzi ərazilərinə içməli su fasilələrlə veriləcək

Cəmiyyət Materials 7 Yanvar 2013 15:03 (UTC +04:00)
Sabah Bakının bəzi ərazilərinə içməli suyun verilməsində fasilələr müşahidə olunacaq.
Bakının bəzi ərazilərinə içməli su fasilələrlə veriləcək

Azərbaycan, Bakı, 7 yanvar /Trend/

Sabah Bakının bəzi ərazilərinə içməli suyun verilməsində fasilələr müşahidə olunacaq.

"Azərsu" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə "Maştağa" su anbarında aparılan əsaslı təmir və yenidənqurma işləri ilə əlaqədar yanvarın 8-də paytaxtın Sabunçu, Suraxanı və Xəzər rayonlarına, eləcə də Abşeron rayonunun bir hissəsinə içməli su gün ərzində fasilələrlə veriləcək.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti