...

Azərbaycan məktəblərində matəm mitinqləri keçiriləcək

Cəmiyyət Materials 10 Yanvar 2013 16:34 (UTC +04:00)
Azərbaycanda yanvarın 10-dan 18-dək 20 Yanvar hadisələrinin mahiyyətinin üzə çıxarılması ilə bağlı ali, orta ixtisas, ilk peşə-ixtisas təhsili və ümumtəhsil məktəblərində matəm mitinqləri keçiriləcək.
Azərbaycan məktəblərində matəm mitinqləri keçiriləcək

Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda yanvarın 10-dan 18-dək 20 Yanvar hadisələrinin mahiyyətinin üzə çıxarılması ilə bağlı ali, orta ixtisas, ilk peşə-ixtisas təhsili və ümumtəhsil məktəblərində matəm mitinqləri keçiriləcək.

Təhsil Nazirliyindən cümə axşamı Trend-ə verilən məlumata görə, təhsil naziri Misir Mərdanovun "20 Yanvar faciəsinin iyirmi üçüncü ildönümünün qeyd edilməsi barədə" verdiyi əmrinə əsasən, bununla əlaqədar məktəblərdə xüsusi qəzetlər, bülletenlər hazırlanacaq, stendlər, guşələr yaradılacaq. Vətənpərvərlik mövzusunda bədii qiraət gecələri, şagirdlərlə və tələbələrlə görüşlər, söhbətlər və mühazirələr təşkil olunacaq. Ümumtəhsil və ilk peşə-ixtisas təhsili müəssisələri şagirdlərinin 20 Yanvar hadisələrini əks etdirən rəsmlərindən ibarət sərgilər keçiriləcək.

Yanvarın 18-də məktəblərdə Qanlı Yanvar faciəsinə həsr olunmuş xüsusi dərs keçiriləcək. Nazir bununla əlaqədar təhsil müəssisələrinin rəhbərlərinə müvafiq göstərişlər də verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti