...

Kiyev Şəhər Administrasiyasının rəhbəri Radaya keçiriləcək seçkilərdə azərbaycanlıların şansını yüksək qiymətləndirib (FOTO)

Cəmiyyət Materials 11 Yanvar 2013 13:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 yanvar / Trend müxbir M.Əliyev/

Kiyev Şəhər Administrasiyasının rəhbəri Aleksandr Popov Şəhər Radasına keçiriləcək növbəti seçkilərdə azərbaycanlıların şansını yüksək qiymətləndirib.

Trend-in məlumatına görə, bu barədə Popov Ukrayna Azərbaycanlılar Konqresinin (UAK) nümayəndələri ilə Kiyevdə keçirilən görüş zamanı bildirib.

UAK sədri Rövşən Tağıyev və UAK Ağsaqqallar Şurasının rəhbəri Firuddin Məmmədov ilə görüşdə Popov Ukraynada yaşayan azərbaycanlıların ictimai-siyasi fəaliyyətini yüksək qiymətləndirib. O, istər Şəhər Radasına, istər digər seçkili orqanlara keçiriləcək növbəti seçkilərdə azərbaycanlı namizədlərin fəal iştirak etməsini arzulayıb.

UAK nümayəndələri, həmçinin Ukraynanın ilk prezidenti olmuş Leonid Kravçukla görüşüblər, ona Azərbaycan müğamının nümunələri olan "Muğam seçmələri" nəşrini, "Heydər Əliyev. Deyilən söz yadigardır" adlı xatirə kitabını təqdim edib. Tağıyev görüşdə qeyd edib ki, nəşrdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrik kəlamları yer alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti