• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Əsas səhifə
  • Cəmiyyət

Qədim Bakı şəhərinin planı Azərbaycana gətirilib

15 Yanvar 2013 14:09 (UTC+04:00)
  • 0
  • 0

Azərbaycan, Bakı, 15 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Paris Milli Kitabxanasında saxlanan əsərlərimizin surətləri Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutuna gətirilib.

Trend çərşənbə axşamı AMEA-nın saytına istinadən xəbər verir ki, institut Paris Milli Kitabxanasında saxlanan Azərbaycan tarixinə, mədəniyyətinə dair 200-dən artıq materialın surətlərini, elektron variantlarını əldə edib. Bunların içərisində XX əsrin əvvəllərində Bakı şəhərində çəkilmiş fotolar, Azərbaycan tarixinə dair xəritələr və planlar, orta əsr əlyazmaları, müğənnilərin ifasında Parisdə patefona yazılmış mahnılar, Avropa səyyahlarının Azərbaycan barədə əsərləri var.

Xəritə və planlardan XVIII əsrə dair Bakı şəhərinin planı, həmin dövrdə tərtib edilmiş Bakı körfəzinin xəritəsi və şəhərin planı, Abşeron yarımdasındakı neft quyularını göstərən xəritə, XVIII əsrdə çəkilmiş Xəzər dənizi, Volqa, Kür çayları və Xəzəryanı sahillərin xəritəsi, 1872-ci ildə Sankt-Peterburqda çəkilmiş Qafqaz bölgəsinin xəritəsi, 1724-1729-cu illərə aid Xəzər dənizinin şərq və qərb sahillərinin xəritəsi, 1721-ci ilə aid Xəzər dənizinin xəritəsi diqqəti cəlb edir. Bundan əlavə, əlyazmalardan 1467-ci ildə Təbrizdə Nəsrullah Münşi adlı katib tərəfindən köçürülmüş "Kəlilə və Dimnə", cığatay dilində yazılmış, oğuz türklərindən bəhs edən "Oğuznamə", təbabətə dair XVI əsrə aid "Əlacnamə" əsəri, Əlişir Nəvainin əsərləri və s. böyük maraq doğurur.

Avropa səyyahlarının Azərbaycanla bağlı müşahidələrindən ibarət kitablar da diqqəti cəlb edir. XVII əsrdə İran və Azərbaycanda olmuş Rafael dü Manın 1890-cı ilə çapdan çıxmış kitabında Səfəvilər dövlətindən, Şah İsmayıl Xətaidən, övladlarından, İsfahandakı sarayda Azərbaycan türkcəsinin mövqeyindən, ölkəmizin şəhərlərindən və təbii sərvətlərindən bəhs olunur. Avropa səyyahları Öjen Flandən və Paskal Kostun 1851-ci ildə çapdan çıxmış "İrana səyahət" əsərində Azərbaycan barədə geniş söhbət açılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı news@trend.az
Bizi Twitter-dən izləyin @trend_az

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Məqalədə:
  • Əlyazmalar İnstitutu
Azernews Newspaper
Digər xəbərlər
Füzuli yaradıcılığının osmanlı ədəbiyyatına təsirini təsdiqləyən yeni əlyazmalar tapılıb
Mədəniyyət 18 Dekabr 2017 16:13
Misirdən Əlyazmalar İnstitutuna hədiyyə
Mədəniyyət 8 İyul 2015 15:18
Azərbaycanın daha bir şairinin divanı tapıldı
Mədəniyyət 23 Aprel 2015 16:16
Azərbaycanın tanınmış şairi haqqında bilmədiklərimiz
Mədəniyyət 21 Yanvar 2015 14:05
Azərbaycan şairi Sürurinin Divanı tapılıb
Mədəniyyət 7 Yanvar 2015 12:18
Azərbaycanın və Türkmənistanın Əlyazmalar institutları arasında əməkdaşlıq barədə memorandum imzalanacaq (FOTO)
Cəmiyyət 16 Aprel 2014 15:26
Yusif Vəzir Çəmənzəminlinin 30-a yaxın məqaləsi tapılıb
Mədəniyyət 1 Aprel 2014 16:51
Əlyazmalar İnstitutunun direktoru vəzifəsinə yeni təyinat oldu
Cəmiyyət 12 Fevral 2014 17:19
Azərbaycanın görkəmli alimi Məczub Təbrizinin anadilli divanı ilk dəfə çap edilib
Mədəniyyət 22 Yanvar 2014 10:26
Azərbaycanda orta əsr əlyazmalarına həsr edilən respublika konfransı keçiriləcək
Cəmiyyət 12 Yanvar 2013 13:53
Əlyazmalar İnstitutu ABŞ-da Şərq Əlyazmaları kolleksiyasına daxil olan yeni nümunələr əldə edib
Cəmiyyət 10 Dekabr 2012 10:55
Əlyazmalar İnstitutunun yeni nəşri işıq üzü görüb
Mədəniyyət 8 Noyabr 2012 15:09
XIX əsr Azərbaycan şairi ilə bağlı yeni tapıntı
Mədəniyyət 22 Oktyabr 2012 12:08
Ən çox oxunanlar
Ramiz Mehdiyev: İndiyədək yol verilmiş nöqsanların Fuad Muradovun rəhbərliyi ilə aradan qaldırılacağına ümid edirəm (FOTO)
Ramiz Mehdiyev: İndiyədək yol verilmiş nöqsanların Fuad Muradovun rəhbərliyi ilə aradan qaldırılacağına ümid edirəm (FOTO)
"AGF Junior Trophy"də gürzlərlə və lentlə hərəkətlərdə mükafatlandırma mərasimi keçirilib (FOTO)
Ruhani İranda Azərbaycan dilinin təşviqinə çağırdı, Urmiya gölündən danışdı (YENİLƏNİB)
Azərbaycanda iri qızıl filizi yatağının işlənməsi üzrə planlar açıqlanıb (ÖZƏL) (FOTO)
Nəzər nöqtəsi
Deputat: Eyni ayda keçirilmiş seçkilər Azərbaycanda inkişafa, Ermənistanda isə siyasi xaosa səbəb oldu

Deputat: Eyni ayda keçirilmiş seçkilər Azərbaycanda inkişafa, Ermənistanda isə siyasi xaosa səbəb oldu

Deputat: Qatil Sarkisyan hərbi tribunalda cəzalandırılmalıdır
Sədaqət Vəliyeva: Sarkisyan beynəlxalq tribunal qarşısında törətdiyi cinayətlərin cavabını da verməlidir
"Qarabağ klanı"nın sonu çatdı, Ermənistanın yeganə çıxış yolu isə...
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Info Service
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2018 Trend News Agency
İstifadə şərtləri
  • counter