Azərbaycan, Bakı, 18 yanvar /Trend/
Yanvarın 18-də "AzerNews" qəzetinin növbəti nəşri işıq üzü gördü.
Qəzetin bu sayında Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə yanvarın 15-də Nazirlər Kabinetinin 2012-ci ilin yekunlarına dair iclası, YARAT! Müasir İncəsənət Məkanının YAY! qalereyasında təşkil etdiyi "PAT vəziyyəti" sərgisi, Dünya Bankının 2013-cü il üçün Azərbaycanla bağlı proqnozu haqqında oxuya, həmçinin Bakıda fəaliyyət göstərən özəl türk şirkəti - Çağ Öyrətimin rəhbəri Enver Özerenin müsahibəsi ilə tanış ola bilərsiniz.
"AzerNews" Ümumdünya Qəzet və Qəzet Naşirləri Assosiasiyasının (WAN-IFRA) assosiativ üzvüdür.