...

Sabah Azərbaycanın bəzi yerlərində qar yağacaq

Cəmiyyət Materials 19 Yanvar 2013 12:39 (UTC +04:00)
Sabah Azərbaycanın bəzi yerlərində qar yağacaq.
Sabah Azərbaycanın bəzi yerlərində qar yağacaq

Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Sabah Azərbaycanın bəzi yerlərində qar yağacaq.

Ekologiya və Təbii Sərvətlər Naziriyindən şənbə günü Trend-ə verilən məlumata görə, yanvarın 20-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, axşam havanın tutqun, gecəyə doğru bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var.

Arabir güclənən cənub-qərb, qərb küləyi gündüz mülayimləşəcək, axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 2-5, günün birinci yarısında 9-14, axşama doğru 5-7 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında yanvarın 20-də hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, lakin axşam havanın yağıntılı olacağı, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Qərb küləyi əsəsək, bəzi rayonlarda arabir güclənəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4° dərəcəyədək isti, bəzi yerlərdə 4 dərəcəyədək şaxta, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 13-18 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti