...

Azərbaycanın dövlət orqanlarının təqdim etdiyi elektron xidmətlər qiymətləndiriləcək

Cəmiyyət Materials 21 Yanvar 2013 14:53 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən "Dövlət orqanlarında elektron xidmətlərin təşkili və göstərilməsi üzrə qiymətləndirmə Qaydaları" qəbul olunub.
Azərbaycanın dövlət orqanlarının təqdim etdiyi elektron xidmətlər qiymətləndiriləcək

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir İ.İzzət/

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən "Dövlət orqanlarında elektron xidmətlərin təşkili və göstərilməsi üzrə qiymətləndirmə Qaydaları" qəbul olunub.

Dövlət Agentliyindən Trend-ə daxil olan məlumata görə, Qaydalar dövlət orqanları tərəfindən həyata keçirilən elektron xidmətlərin keyfiyyətinin (göstərilmə səviyyəsinin) təyin edilməsi məqsədi daşıyır və bu sahədə qabaqcıl təcrübə nəzərə alınmaqla hazırlanıb.

Dövlət Agentliyi pilot layihə çərçivəsində, Qaydalara əsasən Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi və Milli Arxiv İdarəsi tərəfindən göstərilən elektron xidmətlərin qiymətləndirilməsini həyata keçirəcək.

Pilot layihə bitdikdən sonra Dövlət Agentliyi qeyd olunan Qaydalara əsasən elektron xidmətlərin qiymətləndirilməsi üzrə davamlı iş aparacaq və bu barədə ictimaiyyətə müntəzəm olaraq məlumat verəcək.

"Dövlət orqanlarında elektron xidmətlərin təşkili və göstərilməsi üzrə qiymətləndirmə Qaydaları" Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "İnformasiya-kommunikasiya ili" elan edilmiş 2013-cü il çərçivəsində müvafiq tədbirlərin tərkib hissəsi kimi həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti