...

Azərbaycanda "Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının təşkili və aparılması Qaydası"ı açıqlanıb

Cəmiyyət Materials 21 Yanvar 2013 17:10 (UTC +04:00)
Azərbaycan Nazirlər Kabineti "Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının təşkili və aparılması Qaydası"nı təsdiq edib.
Azərbaycanda "Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının təşkili və aparılması Qaydası"ı açıqlanıb

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Nazirlər Kabineti "Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının təşkili və aparılması Qaydası"nı təsdiq edib.

Nazirlər Kabinetindən bazar ertəsi Trend-ə verilən məlumata görə, elektron məlumat bankına hər bir uşaq barədə fərdi məlumatlar daxil edilir. Bankın idarə olunmasına, məlumat bankına məlumatların yerləşdirilməsinə və ondan istifadəyə nəzarəti məlumat bankının administratoru - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi həyata keçirəcək.

Məlumat bankından məlumatların alınması üçün dövlət orqanları, hüquqi və fiziki şəxslər administratora sorğu ilə müraciət edirlər. Sorğunun daxil olduğu gündən 7 iş günü müddətində onun icrası təmin edilir. Məlumat bankından statistik məlumatlar adsızlaşdırılmış şəkildə verilir. Fərdi məlumatlar "Fərdi məlumatlar haqqında" qanunla müəyyən edilmiş hallarda və qaydada verilir.

Elektron məlumat bankında qeydiyyata alınmış uşağın elektron anketi 18 yaşına çatdıqdan 25 il sonra məhv edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti