...

Ermənistan silahlı qüvvələrində ölüm hallarının sayı artıb

Cəmiyyət Materials 21 Yanvar 2013 18:13 (UTC +04:00)
Ötən il Ermənistan silahlı qüvvələrində ölüm hallarının sayı 2011-ci illə müqayisədə artıb. Trend-in Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistanın Helsinki qrupunun Vanadzor ofisinin bəyanatında deyilir.
Ermənistan silahlı qüvvələrində ölüm hallarının sayı artıb

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir E.Tariverdiyeva/

Ötən il Ermənistan silahlı qüvvələrində ölüm hallarının sayı 2011-ci illə müqayisədə artıb. Trend-in Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistanın Helsinki qrupunun Vanadzor ofisinin bəyanatında deyilir.

Bəyanat ölkənin Hərbi Prokurorluğunun statistikasına cavab olaraq hazırlanıb.

Bəyanatda deyilir ki, 2012-ci ildə ölüm hallarının sayı 48, 2011-ci ildə isə 39 olub.

"Hesab edirik ki, Ermənistanın ali baş komandanı, müdafiə naziri, hüquq-mühafizə orqanları insan haqlarının pozulması ilə bağlı hər bir hadisəyə, ictimai təşkilat və KİV-in bu hallarla əlaqədar xəbərdarlıqlarına ciddi yanaşmalı və ictimaiyyətin narahatlığını aradan qaldırmaq üçün əsaslı dəyişikliklər etməlidirlər" , - bəyanatda qeyd edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti