...

AMEA-da tibbi geologiya öyrəniləcək

Cəmiyyət Materials 23 Yanvar 2013 14:59 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitunda tibbi geologiyanın öyrənilməsi üzrə işlərə başlanılıb.
AMEA-da tibbi geologiya öyrəniləcək

Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitunda tibbi geologiyanın öyrənilməsi üzrə işlərə başlanılıb. Trend-in məlumatına görə, bunu AMEA-nın vitse-prezidenti, Geologiya İnstutunun direktoru Akif Əlizadə akademiyanın Biologiya və Tibb Elmləri Bölməsinin 2012-ci il üzrə hesabatına həsr edilmiş tədbirdə deyib.

Onun sözlərinə görə, bu sahənin öyrənilməsi çox çətin başa gəlsə də, işlərin aparılması davam etdiriləcək.

Əlizadə AMEA-nın 70 illik yubileyinin qeyd edilməsi üçün hazırlıq işlərinə başlanılmasını da təklif edib. O qeyd edib ki, 1945-ci ildə yaradılmış AMEA-nın fəaliyyətinin 2015-ci ildə 70 ili tamam olacaq. Vitse-prezident bununla əlaqədar ayrıca kitabın yazılmasını da təklif edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti