...

Azərbaycan ilə Koreya arasında yeni təhsil sənədi imzalanıb

Cəmiyyət Materials 29 Yanvar 2013 16:46 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi ilə Koreyanın Xarici İşlər və Ticarət Nazirliyi arasında Naxçıvan Dövlət Universiteti üçün Elektron Təhsil Şəbəkəsi və Rəqəmsal Multimedia İnfrastrukturunun yaradılmasına dair qrant sazişi imzalanıb.
Azərbaycan ilə Koreya arasında yeni təhsil sənədi imzalanıb

Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi ilə Koreyanın Xarici İşlər və Ticarət Nazirliyi arasında Naxçıvan Dövlət Universiteti üçün Elektron Təhsil Şəbəkəsi və Rəqəmsal Multimedia İnfrastrukturunun yaradılmasına dair qrant sazişi imzalanıb.

Təhsil Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, sazişi Azərbaycanın təhsil naziri Misir Mərdanov və Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Çoi Suk-İn imzalayıb. Sazişin əsas məqsədi tələbələrə onlayn təhsil xidmətinin göstərilməsi üçün portal, distant təhsil, elektron kitabxana və rəqəmsal multimedia infrastrukturlu elektron təhsil şəbəkəsinin yaradılmasıdır.

Sənədin imzalanma mərasimində çıxış edən Azərbaycanın təhsil naziri Misir Mərdanov Koreya ilə müvafiq istiqamətdə əməkdaşlığın genişləndirilməsini yüksək dəyərləndirib. Koreyanın ölkəmizdə təhsillə bağlı çoxsaylı layihələr həyata keçirdiyini qeyd edən nazir sazişin iki ölkə arasında təhsil sahəsindəki əməkdaşlığa töhfə verəcəyinə ümid etdiyini bildirib.

Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Çoi Suk-İn sazişin imzalanmasının əhəmiyyətini qeyd edib.

Naxçıvan Dövlət Universitetinin rektoru İsa Həbibbəyli deyib ki, hazırda universitetdə dünyanın 10 ölkəsindən 324 tələbə təhsil alır. Universitetdə təhsilin hər üç səviyyəsi üzrə 7 koreyalı tələbə oxuyur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti