...

Azərbaycanda uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılıq müsabiqəsi keçiriləcək

Cəmiyyət Materials 31 Yanvar 2013 12:34 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılıq müsabiqəsini keçirəcək.
Azərbaycanda uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılıq müsabiqəsi keçiriləcək

Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılıq müsabiqəsini keçirəcək.

Nazirlikdən cümə axşamı Trend-ə verilən məlumata görə, müsabiqə bu ilin fevral-aprel aylarında təşkil olunacaq. Müsabiqənin məqsədi uşaq və yeniyetmələrin elmi-texniki potensialının üzə çıxarılması, yaradıcılıqlarının inkişaf etdirilməsi üçün stimulların yaradılması və onlar arasında təcrübə mübadiləsinin təşkilidir.

Azərbaycanın təhsil naziri Misir Mərdanov müsabiqənin keçirilməsi ilə bağlı imzaladığı əmrdə müvafiq qurumlara bununla bağlı tapşırıqlar verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti