...

Azərbaycanda idman üzrə milli yığma komandaların hazırlığında yenilik tətbiq olunacaq

Cəmiyyət Materials 4 Fevral 2013 16:43 (UTC +04:00)
Azərbaycanda idman üzrə milli yığma komandaların hazırlığı ilə bağlı elmi-metodiki işlərin təşkili istiqamətində yenilik tətbiq olunacaq.
Azərbaycanda idman üzrə milli yığma komandaların hazırlığında yenilik tətbiq olunacaq

Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir M.Əliyev/

Azərbaycanda idman üzrə milli yığma komandaların hazırlığı ilə bağlı elmi-metodiki işlərin təşkili istiqamətində yenilik tətbiq olunacaq.

Gənclər və İdman Nazirliyindən Trend-ə bildiriblər ki, Azərbaycanda Bədən tərbiyəsi və idmanın inkişafı üzrə 2013-2020-ci illəri əhatə edən Milli Strategiyaya uyğun olaraq, milli yığma komandaların hazırlığı ilə bağlı elmi-metodiki işlərin təkmilləşdirilməsi üçün Elmi Kompleks Qruplar (EKQ) yaradılacaq.

Elmi Kompleks Qruplar 2016-cı ildən başlayaraq Olimpiya, Paralimpiya və Deflimpiya idman növləri üzrə milli yığma komandaların nəzdində daimi fəaliyyət göstərəcək və müvafiq qurumlar tərəfindən maliyyələşdiriləcək.

Milli Strategiyada yüksək səviyyəli idmançıların hazırlığı sisteminin modernləşdirilməsi də əks olunur. Bununla belə, perspektiv və yüksək səviyyəli idmançıların hazırlıq prosesi ilə yanaşı, yarışlar ərəfəsində mütəmadi olaraq dopinq nəzarətinə götürülməsi və yoxlanılması da həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti