...

Masallıda yenu su kəmərləri çəkiləcək

Cəmiyyət Materials 13 Fevral 2013 00:20 (UTC +04:00)
“2012-2013-cü illərdə Masallı rayonunda həyata keçirilən və icrası gözlənilən 50-dən çox infrastruktur və sosial layihənin, tikinti, abadlıq və digər işlərin maliyyələşdirilməsinə bütün mənbələr hesabına 300 milyon manat vəsait yönəldilib”.
Masallıda yenu su kəmərləri çəkiləcək

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 13 fevral /Trend/

"2012-2013-cü illərdə Masallı rayonunda həyata keçirilən və icrası gözlənilən 50-dən çox infrastruktur və sosial layihənin, tikinti, abadlıq və digər işlərin maliyyələşdirilməsinə bütün mənbələr hesabına 300 milyon manat vəsait yönəldilib". Trend-in məlumatına görə, bunu Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov fevralın 12-də Bakı Biznes Mərkəzində Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı söyləyib.

İcra başçısı deyib ki, bu gün rayonda əhalinin sosial əhəmiyyətli sifarişlərinə aid olan bütün problemlər artıq öz həllini tapır.

"Bununla yanaşı, rayonun aqrar və turizm potensialından daha səmərəli istifadə etmək məqsədilə 69 mindən çox əhalinin istifadə etdiyi və yararsız vəziyyətə düşmüş Ərkivan-Boradigah-Rüdəkənar avtomobil yolu ayırdığınız vəsait hesabına qısa müddətdə yenidən qurulub. Bu ildə də 31 ucqar kəndi rayon mərkəzi ilə birləşdirən yolların çəkilməsinə hazırlıq görülür", deyə icra başçısı bildirib.

O həmçinin, bildirib ki, rayonda əlil və şəhid ailələri üçün 76 mənzilli 3 yaşayış binası, 32 yeni orta məktəb binası istifadəyə verilib, 5 məktəb, 2 uşaq bağçası əsaslı təmir edilib. Turizmin inkişaf etdirilməsi ilə bağlı rayonda dördulduzlu "Viləş" oteli tikilib, 30-a yaxın turizm istirahət mərkəzi fəaliyyət göstərir. Rayonun mövcud infrastrukturu hazırda müasir tələblərə uyğunlaşdırılır.

Masallı şəhərinin su-kanalizasiya sistemi yenidən qurulur, tarixən içməli suyu nəqliyyatla kənardan daşımış 38 kəndin 100 min nəfərə yaxın əhalisinin tələbatının ödənilməsi üçün yeni qrup su kəmərlərinin çəkilişinə hazırlıq işləri aparılır. Şəhərdə yeni parklar, prospektlər və küçələr salınır, fəvvarələr quraşdırılır, müasir işıqlandırma şəbəkəsi yaradılır. Yaşayış məntəqələrinin qazlaşdırılması davam etdirilir.

Gənc nəslin dövlətçilik ruhunda tərbiyə olunmasında müstəsna əhəmiyyəti olan Heydər Əliyev mərkəzinin, 5 ümumtəhsil məktəbinin, Boradigah İdman Kompleksinin, Boks və Taekvondo idman məktəblərinin tikintisi, rayon mədəniyyət evinin, 2 orta məktəbin əsaslı təmir işləri bu il başa çatdırılacaq.

Xəbər lenti

Xəbər lenti