...

TQDK 1-ci sinif dərslik və dərs vəsaitlərinin monitorinqinin nəticələrini Təhsil Nazirliyinə təqdim edib

Cəmiyyət Materials 13 Fevral 2013 11:17 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ümumtəhsil müəssisələrinin 1-ci siniflərində istifadə edilən bır sıra dərslik və dərs vəsaitləri üzrə həyata keçirilmiş monitorinq əsasında hazırlanmış yekun rəyləri Təhsil Nazirliyinə təqdim edib.
TQDK 1-ci sinif dərslik və dərs vəsaitlərinin monitorinqinin nəticələrini Təhsil Nazirliyinə təqdim edib

Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ümumtəhsil müəssisələrinin 1-ci siniflərində istifadə edilən bır sıra dərslik və dərs vəsaitləri üzrə həyata keçirilmiş monitorinq əsasında hazırlanmış yekun rəyləri Təhsil Nazirliyinə təqdim edib.

Komissiyadan çərşənbə günü Trend-ə verilən məlumata görə, həmin vəsaitlər "Azərbaycan dili", "Riyaziyyat", "Русский язык", "Həyat bilgisi" (istifadə edilən iki variativ dərslik), "Azərbaycan dili" (təlimi rus dilində olan məktəblər üçün), "Русский язык" (təlimi Azərbaycan dilində olan məktəblər üçün), "İngilis dili" (istifadə edilən iki variativ dərslik), "Fransız dili", "Alman dili", "Ərəb dili", "İnformatika" dərsliyi, "Texnologiya", "Təsviri incəsənət", "Musiqi", "Fiziki tərbiyə" fənləri üzrə müəllimlər üçün metodiki vəsaitlərdir.

Komissiyadan bildirilib ki, Azərbaycan Prezidentinin 19 aprel 012-ci il tarixli fərmanına əsasən ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə istifadə edilən dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqinin həyata keçirilməsi TQDK-ya həvalə olunub. Fərmanın icrası ilə əlaqədar olaraq, TQDK tərəfindən, ilk növbədə, kurrikulum fənn standartları əsasında hazırlanmış, hazırda istifadədə olan ibtidai sinif dərsliklərinin monitorinqi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti