...

"Azerfon" AZAL təyyarələrinin göyərtəsində rabitə xidmətlərinə başlayıb

Cəmiyyət Materials 13 Fevral 2013 17:40 (UTC +04:00)
"Azerfon" MMC "Azərbaycan Hava Yolları" aviaşirkətinin 4 təyyarəsinin göyərtəsində mobil rabitə xidmətlərinin göstərilməsinə başlayıb.
"Azerfon" AZAL təyyarələrinin göyərtəsində rabitə xidmətlərinə başlayıb

Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir H.Vəliyev/

"Azerfon" MMC "Azərbaycan Hava Yolları" aviaşirkətinin 4 təyyarəsinin göyərtəsində mobil rabitə xidmətlərinin göstərilməsinə başlayıb. Bu barədə çərşənbə günü Trend-ə "Azerfon" MMC-dən bildiriblər.

"Nar Mobile" şəbəkəsinin abunəçiləri "Nar Air" tarif planından istifadə edəcəklər. Təyyarələrin göyərtəsində daxil və xaric olan zənglərin 1 dəqiqəsinin qiyməti 2 manat təşkil edəcək. Qısa ismarıcın göndərilməsi (SMS) 0,50 manat (daxil olan SMS-lər pulsuzdur) olacaq. MMS-in göndərilməsinin qiyməti 2,6 manat, 1 meqabayt GPRS isə 9 manat təşkil edəcək.

"Azerfon" MMC-nin AZAL-ın təyyarələrində mobil rabitə xidmətlərinin göstərilməsi üzrə aviaşirkətlə 10 illik eksklüziv sazişi var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti