...

10 ay ərzində Azərbaycandan İrana 600 min nəfər yola düşüb

Cəmiyyət Materials 15 Fevral 2013 18:18 (UTC +04:00)
Son 10 ay ərzində (İranda il martın 20-dən başlayır) Azərbaycan-İran sərhədini Biləsuvardan İran istiqamətindəki sərhəd-buraxılış məntəqəsi vasitəsilə 600 minə yaxın insan keçib.
10 ay ərzində Azərbaycandan İrana 600 min nəfər yola düşüb

Azərbaycan, Bakı, 15 fevral /Trend, müxbirlər A.Bədəlova, T.Cəfərov/

Son 10 ay ərzində (İranda il martın 20-dən başlayır) Azərbaycan-İran sərhədini Biləsuvardan İran istiqamətindəki sərhəd-buraxılış məntəqəsi vasitəsilə 600 minə yaxın insan keçib. Trend-in məlumatına görə, bu barədə cümə günü IRNA agentliyi Biləsuvardakı İran sərhəd-buraxılış məntəqəsinin başçısı Əhəd Məhəmmədiyə istinadən məlumat verir.

Məhəmmədi jurnalistlərə deyib ki, bu göstərici 2011-ci ilin analoji dövrü ilə müqayisədə 18 faiz çoxdur.

Onun sözlərinə görə, hər gün orta hesabla 1300 nəfər Azərbaycandan bu məntəqə ilə sərhədi keçir.

Məhəmmədi bildirib ki, insanların əksəriyyəti müalicə və ərzaq məhsulları almaq məqsədilə sərhədi keçir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti