...

Gəncədə dayanacaqlar müasirləri ilə əvəzlənir

Cəmiyyət Materials 18 Fevral 2013 16:55 (UTC +04:00)
Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, Gəncənin nəqliyyat sistemində dəyişikliklər davam edir. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Gəncə 1 saylı Nəqliyyat Məhdud Məsuliyyətli Cəmiyyətindən verilən məlumata görə, əhalinin rahatlığını təmin etmək məqsədilə ənənəvi dayanacaqlar dəyişdirilərək müasirləri ilə əvəzlənir. İntellektual idarəetmə sistemi ilə təchiz edilən 30-dan artıq dayanacaq şəhərin müxtəlif küçələrində quraşdırılıb.
Gəncədə dayanacaqlar müasirləri ilə əvəzlənir

Azərbaycan, Bakı, 18 fevral /Trend/

Gəncədə dayanacaqlar müasirləri ilə əvəzlənir.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, Gəncənin nəqliyyat sistemində dəyişikliklər davam edir. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Gəncə 1 saylı Nəqliyyat Məhdud Məsuliyyətli Cəmiyyətindən verilən məlumata görə, əhalinin rahatlığını təmin etmək məqsədilə ənənəvi dayanacaqlar dəyişdirilərək müasirləri ilə əvəzlənir. İntellektual idarəetmə sistemi ilə təchiz edilən 30-dan artıq dayanacaq şəhərin müxtəlif küçələrində quraşdırılıb.

"Şəhərimizdə dayanacaqların yenilənməsi məqsədilə müasir tipli 38 ədəd dayanacaq gətirilib. Bu dayanacaqlar Gəncənin Heydər Əliyev, Şah İsmayıl Xətai prospektlərində, Xan Bağı ətrafında, Mərkəzi Poçtun yanında, Dram Teatrının qarşısında quraşdırılıb", - Gəncə 1 saylı Nəqliyyat MMC-nin aparıcı məsləhətçisi İsa Quliyev deyib.

Müasir dayanacaqlara xüsusi monitorlar quraşdırılıb. Optik kabellərlə nəqliyyatın intellektual idarəetmə sisteminə birləşən bu tablolarda avtobusların hərəkət qrafiki, interval fərqləri, hərəkət sxemləri, yaxınlıqdakı digər dayanacaqlar, keçidlər və s. öz əksini tapacaq.

Yeni dayanacaqlar şəbəkəsi mərkəzləşdirilmiş informasiya bloku əsasında fəaliyyət göstərəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti