...

Gürcüstanda Xocalı soyqırımına həsr edilmiş sayt hazırlanıb

Cəmiyyət Materials 25 Fevral 2013 13:44 (UTC +04:00)
Gürcüstan Azərbaycanlı Tələbələr Assosiasiyası (GATA) Xocalı soyqırımının 21-ci ildönümü ərəfəsində gürcü dilində www.khojali.ge veb səhifəsi hazırlayıblar.
Gürcüstanda Xocalı soyqırımına həsr edilmiş sayt hazırlanıb

Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir E.Mehdiyev/

Gürcüstan Azərbaycanlı Tələbələr Assosiasiyası (GATA) Xocalı soyqırımının 21-ci ildönümü ərəfəsində gürcü dilində www.khojali.ge veb səhifəsi hazırlayıblar.

Dünya Azərbaycanlı Gənclər Birliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə səhifənin gürcü dilində hazırlanmasında məqsəd qonşu Gürcüstan xalqını 1992-ci il fevralın 26-da erməni faşistlərin törətdikləri Xocalı soyqırımı haqqında geniş və düzgün məlumatlandırmaqdır.

Səhifədə Xocalı soyqırımında işgəncələrlə, vəhşicəsinə qətlə yetirilmiş insanların sayı, rəsmləri yerləşdirilib. Eləcə də səhifədə qonşu ölkə olan Gürcüstanın ictimaiyyətini Xocalıya ədalətə səsləniş mətnləri var.

Həmçinin, Qarabağın tarixi, hüquqi aspektlərdən də Azərbaycanın əzəli, ayrılmaz bir hissəsi olduğu haqqında geniş məlumata yer verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti