...

ANAMA minatəmizləmə kursunu bitirənlərə sertifikatlar təqdim edəcək

Cəmiyyət Materials 26 Fevral 2013 10:37 (UTC +04:00)
"Əsas Humanitar Minatəmizləmə Təlimi" kursunu uğurla başa vuracaq müdavimlərə fevralın 28-də ANAMA-nın Göygöl regional bazasında sertifikatlar təqdim olunacaq.
ANAMA minatəmizləmə kursunu bitirənlərə sertifikatlar təqdim edəcək

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir İ.İzzət/

"Əsas Humanitar Minatəmizləmə Təlimi" kursunu uğurla başa vuracaq müdavimlərə fevralın 28-də ANAMA-nın Göygöl regional bazasında sertifikatlar təqdim olunacaq.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, təlim ANAMA-nın Göygöl Regional Təlim Mərkəzində agentliyin Təlim, Tədqiqat və Keyfiyyətə Təminat (TTKT) qurumu tərəfindən keçirilib. Təlimdə 29 nəfər yeni müdavim və 3 nəfər Xarici Keyfiyyət Yoxlaması bölməsinin işçiləri iştirak edib.

Bu təlim müddətində müdavimlər ilk yardım, mina və sair hərbi sursatların tanınması, mina detektorlarından istifadə edərək hədəflərin aşkar olunması, minaaxtaran itlər və mexaniki minatəmizləyən maşınlarla birgə əməliyyatlarda iştirak etməsi və sair qaydalara dair bilik və bacarıqlara yiyələniblər.

Qeyd edək ki, təlimlər bu il yanvarın 28-dən etibarən başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti