...

Həftənin ilk iş günü Bakıda yağış yağacaq, temperatur enəcək

Cəmiyyət Materials 3 Mart 2013 17:57 (UTC +04:00)
Həftənin ilk iş günü paytaxt Bakıda qeyri-sabit hava şəraiti hökm sürəcək, temperatur enəcək.
Həftənin ilk iş günü Bakıda yağış yağacaq, temperatur enəcək

Azərbaycan, Bakı, 3 mart /Trend/

Həftənin ilk iş günü paytaxt Bakıda qeyri-sabit hava şəraiti hökm sürəcək, temperatur enəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, martın 4-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Əsasən səhər və axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Bakıda gecə 3-5°, gündüz 7-9° isti olacağı gözlənilir. Nisbi rütubət 85-95 faiz təşkil edəcək. Azərbaycanın rayonlarında martın 4-də hava arabir yağıntılı olacaq. Bəzi ərazilərdə sulu qar, dağlıq ərazilərdə isə qar yağacaq.

Temperaturun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 6-11° isti olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə 8-13° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti