...

Peşə liseylərində keçiriləcək buraxılış imtahanlarında iştirak edəcək şagirdlər haqqında məlumatlar toplanması başa çatıb

Cəmiyyət Materials 5 Mart 2013 17:31 (UTC +04:00)
Peşə liseylərində keçiriləcək buraxılış imtahanlarında iştirak edəcək şagirdlər haqqında məlumatların "Şagird-Məzun elektron məlumat sistemi"nə daxil edilməsi başa çatıb.
Peşə liseylərində keçiriləcək buraxılış imtahanlarında iştirak edəcək şagirdlər haqqında məlumatlar toplanması başa çatıb

Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir İ.İsabalayeva/

Peşə liseylərində keçiriləcək buraxılış imtahanlarında iştirak edəcək şagirdlər haqqında məlumatların "Şagird-Məzun elektron məlumat sistemi"nə daxil edilməsi başa çatıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından çərşənbə günü Trend-ə verilən məlumata görə, martın 17-də peşə liseylərində keçiriləcək buraxılış imtahanlarında iştirak edəcək şagirdlər haqqında məlumatların "Şagird-Məzun elektron məlumat sistemi"nə daxil edilməsi martın 5-də saat 17:00-da başa çatıb.

Yekun olaraq, sistemə 4934 nəfər şagird haqqında məlumat sistemə daxil edilib. Onlardan 15 nəfəri qeyri-kafi qiyməti aldığı və ya uzun müddət təhsildən yayındığı üçün imtahana buraxılmayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti