...

Azərbaycanda səhiyyə ilə bağlı məsələlərə görə 235 nəfər cinayət məsuliyyətinə cəlb olunub

Cəmiyyət Materials 7 Mart 2013 17:30 (UTC +04:00)
Ötən il Azərbaycanda səhiyyə ilə bağlı məsələlərə görə 235 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Trend Səhiyyə Nazirliyinin rəsmi mətbuat orqanı olan "Tibb" qəzetinə istinadən bildirir ki, bunu Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev doğuşayardım xidmətinin təşkilinə həsr edilən kollegiya iclasında deyib.
Azərbaycanda səhiyyə ilə bağlı məsələlərə görə 235 nəfər cinayət məsuliyyətinə cəlb olunub

Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir İ.İsabalayeva/

Ötən il Azərbaycanda səhiyyə ilə bağlı məsələlərə görə 235 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Trend Səhiyyə Nazirliyinin rəsmi mətbuat orqanı olan "Tibb" qəzetinə istinadən bildirir ki, bunu Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev doğuşayardım xidmətinin təşkilinə həsr edilən kollegiya iclasında deyib.

Nazirin sözlərinə görə, həmin cinayət işlərinin 52-si məhz doğum evləri, qadın məsləhətxanaları ilə bağlıdır.

"Ağır vəziyyətdə olan xəstəni bu rayondan o biri rayona, ya da şəhərə aparmaq cinayətdir. Belə məsuliyyətsiz davranışların nəticəsidir ki, ötən il səhiyyə ilə bağlı məsələlərə görə 235 nəfər cinayət məsuliyyətinə cəlb olunub", - Şirəliyev deyib.

Həkimlərin biri-birlərindən internet vasitəsilə məsləhət almasının mümkün olduğunu deyən nazir qeyd edib ki, hazırda çox geniş internet imkanları var, bunlardan yararlanmaq lazımdır.

O deyib ki, Bakıdan rayona mütəxəssis gedənə qədər çox vaxt keçir. İnsan həyatı isə dəqiqələrdən asılı ola bilər. Buna görə də həkimlər internet vasitəsilə konsultasiya edə bilərlər.

"Amma yenə də xəstənin həkim müşayiəti olmadan, qohumlarının maşınında digər xəstəxanaya aparılması kimi neqativ hallara rast gəlinir. Nazirliyin əmrinə görə, xəstə xəstəxanadan çıxmamalıdır. İndi dövr dəyişib. Artıq ölkənin bütün şəhər və regionlarında yüksək şəraitli tibb müəssisələri fəaliyyət göstərir. Əgər mütəxəssis tələb olunursa, onu dəvət etmək, zərurət olduqda tibbi aviasiyanı cəlb etmək lazımdır", - Şirəliyev əlavə edib.

O bildirib ki, antenatal xidmət normal olsa, hamilə qadın doğum evinə ağır vəziyyətdə gəlməz. Doğum evlərində çalışan mama-ginekoloqlar da hamilə qadınların onların yanına sağlam gəlməsində maraqlı olmalıdırlar.

"Hamilə qadına onun doğuşunu qəbul edəcəyinə söz verən mama-ginekoloq ondan qadın məsləhətxanasında qeydiyyata düşməsini tələb etməlidir. Qadınlar həmin məsləhətxanalarda yoxlanmalı, hamiləlik müddətində nəzarətdə olmalıdırlar. Bu çox vacib tələb həm özəl, həm də dövlət tibb müəssisəsinə müraciət edən hamilə qadınlar qarşısında qoyulmalıdır", - nazir əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti