...

Türkiyənin yeni hava limanlarında quşlar əleyhinə radarlar quraşdırılacaq

Cəmiyyət Materials 8 Mart 2013 15:18 (UTC +04:00)
Türkiyənin yeni hava limanlarında quşlar əleyhinə xüsusi radarlar quraşdırılacaq.
Türkiyənin yeni hava limanlarında quşlar əleyhinə radarlar quraşdırılacaq

Azərbaycan, Bakı, 8 mart /Trend, müxbir R.Hafizoğlu/

Türkiyənin yeni hava limanlarında quşlar əleyhinə xüsusi radarlar quraşdırılacaq. Bu barədə Trend "Anadolu" agentliyinə istinadən məlumat verir.

Məlumata görə, radarlardan quşları qorxutmaq məqsədilə istifadə olunacaq. Radarların Türkiyədə isrehsal olunacağı bildirilir.

İstanbulda üçüncü hava limanının tikintisinin başa çatdırılması 2017-ci ilə nəzərdə tutulub və hava limanı elə həmin ildə də istifadəyə veriləcək.

İstanbulda üçüncu hava limanı şəhərin şimalında, Terkos gölunun yaxınlığında tikiləcək. Hava limanının ildə 150 milyon adama xidmət edəcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti