...

Azərbaycanda peşə liseylərində buraxılış imtahanı keçirilir

Cəmiyyət Materials 17 Mart 2013 12:00 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün respublikanın bütün peşə liseylərinin (cəmi 45) sonuncu sinfində təhsil alan şargirdlər üçün buraxılış imtahanı keçirir. Komissiyadan Trend-ə verilən məlumata görə, buraxılış imtahanında 4910 məzunun iştirakı nəzərdə tutulur.
Azərbaycanda peşə liseylərində buraxılış imtahanı keçirilir

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün respublikanın bütün peşə liseylərinin (cəmi 45) sonuncu sinfində təhsil alan şargirdlər üçün buraxılış imtahanı keçirir. Komissiyadan Trend-ə verilən məlumata görə, buraxılış imtahanında 4910 məzunun iştirakı nəzərdə tutulur. Peşə liseylərində yekun qiymətləndirmə TQDK tərəfindən ilk dəfə aparılır. Respublikanın 23 şəhər və rayonunda keçirilən və ümumilikdə 29 imtahan mərkəzində baş tutan imtahanları idarə etmək üçün 38 imtahan rəhbəri, 428 zal nəzarətçisi ayrılıb.

Buraxılış imtahanları test üsulu ilə 2 fənn üzrə - Ana dili və Riyaziyyat fənlərindən keçirilir. İmtahan 2 saat müddətində aparılır. Hər bir fənn üzrə 30 test tapşırığı (cəmi 60 sual) təqdim olunur və bu sualların cavablandırılmasına 1.5 saat vaxt ayrılır. Son 30 dəqiqə ərzində isə imtahan iştirakçıları təqdim olunacaq mövzu üzrə yazı işini yerinə yetirirlər.

Test suallarının hər biri 1 balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Yazı işinin nəticəsi balla qiymətləndirilmir, yalnız xüsusi hallarda əlavə göstərici kimi nəzərə alınır.

Qeyd edək ki, TQDK tərəfindən buraxılış imtahanlarına hazırlaşan şagirdlərə kömək məqsədilə Ana dili və Riyaziyyat fənlərindən test tapşırığı nümunələri və təqdim ediləcək yazı işlərinin mövzuları Komissiyanın internet saytında yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti