Azərbaycan, Bakı, 28 mart /Trend/
Yeddi min nəfərin yaşadığı və yeddi kəndi birləşdirən Quba-Küpçal-Küsnət avtomobil yolunun inşasına başlanılıb
Trend Regional TV-yə istinadən xəbər verir ki, yeddi yaşayış məntəqəsini birləşdirən Quba-Küpçal-Küsnət avtomobil yolunun inşasına başlanılıb. Tikinti işləri 2 mərhələdən ibarətdir. Birinci mərhələyə yolun genişləndirilməsi, suötürücü boruların quraşdırılması, istinad divarlarının və iki körpünün tikilməsi daxildir.
68 saylı Yol İstismar Müəssisənin sahə rəisi Hüseynağa Xəlilov jurnalistlərə bildirib ki, yolun inşasına 5 texnika cəlb olunub və yolun 5 km-i asvalt döşənməsi üçün hazır vəziyyətə gətirilib. Ümumilikdə, 7 min nəfərin yaşadığı və 7 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun çəkilməsi yerli sakinlər üçün böyük əhəmiyyət kəsb edir. Ümumi uzunluğu 23 km olan yolun eni 9 metr olacaq ki, bunun da 7 metrinə asvalt döşənəcək.