...

Xətai rayonunda küçə genişləndirilir

Cəmiyyət Materials 29 Mart 2013 10:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir E.Mehdiyev/

Bakı şəhəri, Xətai rayonu Nəcəfqulu Rəfiyev küçəsində təmir işləri həyata keçirilir.

Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Trend-ə bildirib ki, təmir işləri həyata keçirilən küçədə yolun uzunluğu 1470 metr təşkil edir.

Mürsəliyevin sözlərinə görə, 200 metr məsafədə küçə 3 metr genişləndirilib, hazırda köhnə asfalt beton qaşınaraq yeni asfalt beton örtüyünün vurulması işləri həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti