...

Ermənistanda narkomanların sayının artımı müşahidə olunur

Cəmiyyət Materials 4 Aprel 2013 17:00 (UTC +04:00)
Ermənistanda narkomanların sayının artım tendensiyası müşahidə olunur. Trend Ermənistan KİV-ə istinadən məlumat verir ki, bu barədə ölkənin baş narkoloqu Petros Semircyan bildirib.
Ermənistanda narkomanların sayının artımı müşahidə olunur

Azərbaycan, Bakı, 4 aprel /Trend/

Ermənistanda narkomanların sayının artım tendensiyası müşahidə olunur. Trend Ermənistan KİV-ə istinadən məlumat verir ki, bu barədə ölkənin baş narkoloqu Petros Semircyan bildirib.

Onun sözlərinə görə, narkomaniyaya aid bütün məsələlər narahatlıq doğurur. Statistik məlumatlara görə, Ermənistan Narkoloji Mərkəzinə müraciət edənlərin sayı təxminən 4 min nəfərdir. Bununla yanaşı, o qeyd edib ki, vaxtaşırı region ölkələrinin mütəxəsissləri görüşür.

"Ölkədə 13 min narkoman yaşayır. Onlardan yalnız 4 mini qeydiyyatdan keçib. Əgər qeydiyyatdan keçən 4 min nəfər barədə danışsaq, onların 80 faizi narkoloji dispanserdən sonra əvvəlki həyatına qayıdır, 20 faiz isə asılılıqdan azad olur, - Semircyan bildirib. - Onların qayıtma səbəbi müxtəlif olur. Məsələn, Qərbdə ən son texnika və müxtəlif əyləncələrlə təchiz olunmuş xüsusi mərkəzlər var ki, bu da asılılıqdan tam azad olmağa imkan verir".

Belə mərkəzlərin Ermənistanda yaradılmasına gəldikdə isə, baş narkoloq qeyd edib ki, onun ölkəsində bu, sadəcə xəyaldır.

"Əgər xəstə dünyagörüşünü, yaşadığı yeri dəyişsə, asılılıqdan azad olar" kimi fikirlər də yanlışdır. Elə narkomanlar var ki, onlar 15 dəfə ardıcıl şəkildə müalicə olunur, amma nəticə müvəfəqiyyətsiz olur", - o deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti