...

İqtisadi İnkişaf naziri Mingəçevirdə vətəndaşları qəbul edib

Cəmiyyət Materials 7 Aprel 2013 14:56 (UTC +04:00)
İqtisadi İnkişaf naziri Şahin Mustafayev aprelin 6-da Mingəçevir şəhərində vətəndaşları qəbul edib.
İqtisadi İnkişaf naziri Mingəçevirdə vətəndaşları qəbul edib

Azərbaycan, Bakı, 7 aprel /Trend/

İqtisadi İnkişaf naziri Şahin Mustafayev aprelin 6-da Mingəçevir şəhərində vətəndaşları qəbul edib. İqtisadi İnkişaf Nazirliyindən Trend-ə verilən məlumata görə, qəbulda Yevlax, Bərdə, Ağcabədi, Ağdaş, Ucar, Göyçay, Zərdab, Beyləqan, Laçın rayonlarından və Mingəçevir şəhərindən olan vətəndaşlar iştirak ediblər.

Qəbula gələnlər əsasən, güzəştli kreditlərin verilməsi, sahibkarlıq fəaliyyəti, istehlakçıların hüquqlarının müdafiəsi, işə qəbul, eləcə də, digər məsələlərlə bağlı müraciət ediblər.

Vətəndaşların bir sıra müraciətləri üzrə məsələlər yerindəcə həll edilib, İqtisadi İnkişaf Nazirliyinin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Qeyd edək ki, vətəndaşların qəbulu əvvəlcədən kütləvi informasiya vasitələrində elan olunub.

İqtisadi İnkişaf naziri Şahin Mustafayevin regionlarda növbəti qəbulu aprelin 20-də isə Şirvan şəhərində olacaq.

Xəbər lenti

Xəbər lenti