...

Parfümeriya və kosmetik vasitələr alarkən ehtiyatlı olun!

Cəmiyyət Materials 10 Aprel 2013 09:45 (UTC +04:00)
Azərbaycanda parfümeriya və kosmetik vasitələrin keyfiyyətinə nəzarət tədbirləri gücləndirilib.
Parfümeriya və kosmetik vasitələr alarkən ehtiyatlı olun!

Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir İ.İzzət/

Azərbaycanda parfümeriya və kosmetik vasitələrin keyfiyyətinə nəzarət tədbirləri gücləndirilib.

Standartlaşdırma, Metrologiya və Patent Üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən xəbərə görə, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti respublikaya idxal olunan və satılan parfümeriya və kosmetik vasitələrin (ənlik, kirşan, göz kölgəsi və s.) keyfiyyətinə nəzarət tədbirlərini gücləndirilib.

Xidmət tərəfindən cari ilin ilk 3 ayı ərzində adıçəkilən məhsulların idxalı və satışı ilə məşğul olan 7 təsərrüfat subyektində dövlət nəzarəti tədbirləri həyata keçirilib. Nəzarət tədbirləri zamanı kompakt şəkilli dekorativ kosmetik vasitələr, dırnaq boyaları, dəri üçün kremlər, ətirlərin keyfiyyətinin Azərbaycan Respublikasında qüvvədə olan normativ sənədlərin tələblərinə uyğunluğu araşdırılıb.

Araşdırmalar nəticəsində 6 təsərrüfat subyektində nöqsanlar aşkar olunub, həmin müəssisələrə parfümeriya və kosmetik vasitələrin idxalı qadağan edilib.

Bu cür faktları nəzərə alaraq komitə istehlakçılardan parfümeriya və kosmetik vasitələr alarkən diqqətli olmağı, aldıqları məhsulun uyğunluq sertifikatını satıcıdan tələb etməyi, keyfiyyətsiz malların satışı ilə rastlaşdıqda isə komitənin 963 nömrəli "qaynar xətt"inə zəng etməklə məlumat vermələrini xahiş edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti