...

Penitensiar xidmətə gənc işçilər qəbul edilib (FOTO)

Cəmiyyət Materials 12 Aprel 2013 11:05 (UTC +04:00)
Penitensiar xidmətdə gənc əməkdaşların qəbulu keçirilib.
Penitensiar xidmətə gənc işçilər qəbul edilib (FOTO)

Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir İ.İzzət/

Penitensiar xidmətdə gənc əməkdaşların qəbulu keçirilib.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, aprelin 11-də ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi, ədliyyə general - leytenantı Mədət Quliyev Penitensiar xidmətə işə yeni qəbul olmuş 18 gənc əməkdaşı qəbul edib.

Nazir müavini gənc əməkdaşlara Penitensiar xidmətdə aparılan islahatlar barədə məlumat verib, xidmətin xüsusiyyətlərini onların nəzərinə çatdırıb və gələcək işlərində uğurlar diləyib.

Daha sonra işə yeni qəbul olunmuş gənc əməkdaşlar Penitensiar xidmətin Tarix Muzeyinə baş çəkib və maraqlı eksponatlarla yaxından tanış ediliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti