...

Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının 77-ci konqresinin Bakıda keçirilməsi haqqında müqavilə bağlanıb (FOTO)

Cəmiyyət Materials 19 Aprel 2013 02:35 (UTC +04:00)
Aprelin 18-də Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) 76-cı konqresinə yekun vurulub.
Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının 77-ci konqresinin Bakıda keçirilməsi haqqında müqavilə bağlanıb (FOTO)

Azərbaycan, Bakı, 19 aprel /Trend/

Aprelin 18-də Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) 76-cı konqresinə yekun vurulub.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edərək Bakını gələn il AİPS-in 77-ci konqresini yüksək səviyyədə təşkil edəcəyini qeyd edib və bütün dünyanın idman jurnalistlərini Bakıda qarşılamaqdan məmnun olduğunu bildirib.

Günün sonunda konqresin bağlanışına həsr olunmuş ziyafət zamanı, gələn il AİPS konqresinin Bakıda keçirilməsi ilə bağlı müqavilə imzalanıb.

Müqaviləni AİPS prezidenti Cianni Merlo və Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə imzalayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti