...

Azərbaycan ərazisində qeyri-səciyyəvi hava şəraiti aprelin 25-dək davam edəcək

Cəmiyyət Materials 22 Aprel 2013 12:45 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentyindən Trend-ə bildiriblər ki, aprelin 23-24-də Bakıda və Abşeron yarımadasında daha çox tutqun hava şəraiti hökm sürəcək. Aprelin 23-də paytaxtda qısamüddətli yağış yağacaq, mülayim külək əsəcək. Aprelin 24-də külək nisbətən artacaq.
Azərbaycan ərazisində qeyri-səciyyəvi hava şəraiti aprelin 25-dək davam edəcək

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan ərazisində aprel ayı üçün səciyyəvi olmayan hava şəraiti aprelin 25-dək davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentyindən Trend-ə bildiriblər ki, aprelin 23-24-də Bakıda və Abşeron yarımadasında daha çox tutqun hava şəraiti hökm sürəcək. Aprelin 23-də paytaxtda qısamüddətli yağış yağacaq, mülayim külək əsəcək. Aprelin 24-də külək nisbətən artacaq.

Bakıda aprelin 23-də havanın temperaturu gecə 5-9, gündüz 11-16 dərəcə isti olacaq. Bu isə çoxillik normadan 1-2 dərəcə aşağıdır.

Azərbaycanın rayonlarında aprelin 23-də arabir yağıntı olacağı gözlənilir. Havanın temperaturunun gecə 5-10, gündüz 10-15 dərəcə isti, dağlıq ərazilərdə sulu qar yağacaq. Aprelin 24-dən əsasən qərb rayonlarından başlayaraq yağıntı kəsəcək.

Sinoptiklərin fikrincə, havanın uzunmüddətli tutqun olması aprel ayı üçün səciyyəvi deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti