...

Azərbaycanda gənc alimlər üçün Mənzil Fondu yaradıla bilər

Cəmiyyət Materials 26 Aprel 2013 14:24 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə ölkə rəhbərliyi qarşısında alimlərin mənzillə təminatı məsələsini qaldırmağı nəzərdə tutur.
Azərbaycanda gənc alimlər üçün Mənzil Fondu yaradıla bilər

Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə ölkə rəhbərliyi qarşısında alimlərin mənzillə təminatı məsələsini qaldırmağı nəzərdə tutur. Bu barədə Trend-ə AMEA prezidenti Akif Əlizadə deyib.

"Məvacib insan, xüsusilə gənclər üçün vacibdir. Gənclərimizin əksəriyyəti məvacibə görə AMEA-ya gəlmək istəmirlər. Amma elə gənclər var ki, məvacibin azlığına baxmayaraq, elmlə məşğul olurlar. O, elmə nə üçün gəlir? İlk növbədə, elmi məktəb axtararaq orada məskunlaşır. Biz gərək mütləq onun yaşayış şəraitini nəzərə alaraq, ona kömək edək",- Əlizadə bildirib.

Əlizadə qeyd edib ki, gənc alimlər üçün Mənzil Fondu da yaradıla bilər. Bu fond ipoteka vasitəsilə ola bilər. Eyni zamanda ölkə Prezidenti sərəncam versə, AMEA üçün xüsusi bina tikilə bilər.

Sovet dövründə belə təcrübənin olduğunu deyən Əlizadə bildirib ki, hətta AMEA prezidentinin öz mənzil fondu olurdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti