...

Xəzərdə seysmik stansiyaların tikintisinin bu ilin payızına qədər başa çatdırılması nəzərdə tutulur

Cəmiyyət Materials 2 May 2013 11:42 (UTC +04:00)
MDB məkanında ilk dəfə olaraq, Xəzər dənizinin Azərbaycan sektorunda quraşdırılacaq seysmik stansiyaların tikintisinin bu ilin payızına qədər başa çatdırılması nəzərdə tutulur.
Xəzərdə seysmik stansiyaların tikintisinin bu ilin payızına qədər başa çatdırılması nəzərdə tutulur

Azərbaycan, Bakı, 2 may /Trend, müxbir İ.İsabalayeva/

MDB məkanında ilk dəfə olaraq, Xəzər dənizinin Azərbaycan sektorunda quraşdırılacaq seysmik stansiyaların tikintisinin bu ilin payızına qədər başa çatdırılması nəzərdə tutulur.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən cümə axşamı Trend-ə verilən məlumata görə, Xəzər dənizinin Azərbaycan sektorundakı "Bahar", "Ümid" və "Günəşli" yataqlarının yaxınlığında quraşdıracaq dənizdibi seysmik stansiyaların layihələndirmə işləri ilə əlaqədar ABŞ-ın "Kinemetrics" şırkətinin əməkdaşları Matias Franke və Edelvays Spasov Azərbaycanda səfərdədirlər.

Səfər çərçivəsində qonaqlar AMEA RSXM-in baş direktoru, geologiya-minerologiya elmləri doktoru Qurban Yetirmişli ilə görüşüblər. Dənizdibi seysmik stansiyaların quraşdırılması ilə bağlı layihənin son tamamlanma işləri üzrə aparılan müzakirələrdə, həmçinin ARDNŞ-ın, "Xəzərneftqaz" layihə İnstitutu, Xəzər dəniz Neft Donanması, "Kinemetrics" şirkətinin nümüyəndələri iştirak ediblər.

İlkin quraşdırma işlərinin "Bahar" yatağı ətrafında aparılması nəzərdə tutulub.

Üç dənizdibi seysmik stansiya quraşdırılıb istismara verildikdən sonra bu stansiyaların sayının gələcəkdə 10-a çatdırılması nəzərdə tutulur. Bununla da Xəzər dənizinin Azərbaycan sektoru boyunca dənizin dibindəki seysmik aktivliyi daha yaxşı öyrənmək mümkün olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti