...

Azərbaycanda 10 mindən çox şagird üçün imtahan keçiriləcək

Cəmiyyət Materials 2 May 2013 15:46 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mayın 6, 7 və 8-də keçirəcəyi monitorinq imtahanlarında 4386 nəfər XI sinif şagirdinin, 5935 nəfər V sinif şagirdinin iştirak etməsi nəzərdə tutulur.
Azərbaycanda 10 mindən çox şagird üçün imtahan keçiriləcək

Azərbaycan, Bakı, 2 may /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mayın 6, 7 və 8-də keçirəcəyi monitorinq imtahanlarında 4386 nəfər XI sinif şagirdinin, 5935 nəfər V sinif şagirdinin iştirak etməsi nəzərdə tutulur.

Komissiyadan cümə axşamı Trend-ə verilən məlumata görə, monitorinq imtahanları mayın 6, 7 və 8-də Bərdə, Ucar, Göyçay, Ağdaş, Şirvan, Kürdəmir, Biləsuvar, Masallı, Neftçala, Salyan, Lənkəran, Quba və Şabran rayonlarında ümumi təhsil müəssisələrinin V və XI sinif şagirdləri arasında keçiriləcək. İmtahan XI siniflər üzrə 119 orta ümumtəhsil müəssisəsində, V siniflər üzrə isə 182 orta ümumtəhsil müəssisəsində keçiriləcək.

XI siniflərin imtahanı saat 10:00-da, V siniflərin imtahanı isə saat 12:00-da başlayacaq.

TQDK aprelin 29-da, 30-da və mayın 1-də Gəncə, Göygöl, Şəmkir, Tovuz, Qazax, Ağstafa, Mingəçevir, Şəki, Qax, Balakən, Oğuz, Qəbələ və İsmayıllı rayonlarında ümumi təhsil müəssisələrinin V və XI sinif şagirdləri arasında monitorinq imtahanları keçirib. Qeyd edək ki, TQDK monitorinq imtahanlarını Azərbaycan Prezidentinin müvafiq fərmanına əsasən keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti