...

Xocavənd Rayon Polis Şöbəsinin yeni inzibati binasının açılışına həsr olunmuş mərasim keçirilib

Cəmiyyət Materials 7 May 2013 16:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 may /Trend/

Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində - mayın 7-də Xocavənd Rayon Polis Şöbəsinin yeni inzibati binasının açılışına həsr olunmuş mərasim keçirilmişdir.

Trend-in DİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, tikintisinə ötən ilin martında başlanmış 3 mərtəbəli inzibati binanın ümumi sahəsi 1003 kvadratmetrdir. Ən müasir standartlara uyğun tikilmiş binanın bütün otaqları zəruri avadanlıq, inventar və kommunikaslyalarla təchiz edilmişdir.

Yeni tikilidə 25 xidməti otaq və akt zalı vardır. Binada ventilyasiya, mərkəzi istilik qazanxanası və havalandırma sistemləri, rabitə-kommunikasiya və elektrik xətləri quraşdırılmış, digər yardımçı sahələr yaradılmışdır. Ərazidə abadlaşdırma, yaşıllaşdırma və xarici işıqlandırma işləri yerinə yetirilmişdir.

Daha sonra mərasim iştirakçıları növbətçi hissəyə, xidməti otaqlara, o cümlədən xüsusi avadanlıq və kompyuter sistemi ilə təchiz edilmiş, virtual dərs keçirilməsi üçün nəzərdə tutulmuş tədris otağına, akt zalına, Müvəqqəti Saxlama Yerinə baxmış, foyedə ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyətini, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin daxili və xarici siyasət sahəsində əldə etdiyi uğurları, daxili işlər orqanlarına xüsusi diqqət və qayğısını əks etdirən fotostendlərlə tanış olmuşlar.

Mərasimdə çıxış edənlər görülən işləri yüksək qiymətləndirmiş, Xocavənd RPŞ-nin şəxsi heyətinin normal fəaliyyət göstərməsi üçün lazımi şəraitin yaradılmasından məmnunluqlarını ifadə etmişlər. Qeyd olunmuşdur ki, bütün bunlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daxili işlər orqanlarının lazımi texniki vasitələr və avadanlıqlarla təchizatına, eyni zamanda, şəxsi heyətin iş, həmçinin sosial-məişət şəraitinin daha da yaxşılaşmasına yüksək diqqət və qayğısının növbəti əyani təzahürüdür.

Tədbirdə respublika daxili işlər nazirinin müavini, polis general-leytenantı Əsgər Ələkbərov və Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov iştirak etmişlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti