...

Yaltada azərbaycanlı Cəlil Nəcəfovun xatirə lövhəsinin açılış mərasimi keçirilib (FOTO)

Cəmiyyət Materials 8 May 2013 10:47 (UTC +04:00)
Ukraynanın Yalta şəhərindəki mərkəzi parkların birində 1994-cü ildə Yaltanı faşistlərdən xilas edən 323-cü atıcı alayının komandiri Cəlil Nəcəfovun xatirə lövhəsinin təntənəli açılış mərasimi keçirilib.
Yaltada azərbaycanlı Cəlil Nəcəfovun xatirə lövhəsinin açılış mərasimi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 8 may /Trend, müxbir M.Əliyev/

Ukraynanın Yalta şəhərindəki mərkəzi parkların birində 1944-cü ildə Yaltanı faşistlərdən xilas edən 323-cü atıcı alayının komandiri Cəlil Nəcəfovun xatirə lövhəsinin təntənəli açılış mərasimi keçirilib.

Trend-in məlumatına görə, bu barədə Ukrayna Azərbaycanlıları Konqresindən bildirilib.

Tədbirdə Krım Nazirlər Kabinetinin sədr müavini Georgi Psarev, Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli, Ukrayna Azərbaycanlılar Konqresinin sədri Rövşən Tağıyev, şəhər rəhbərliyinin, Krım azərbaycanlılarının nümayəndələri iştirak ediblər.

Georgi Psarev tədbirdə bildirib: "Cəlil Nəcəfovun xatirə lövhəsinin Yaltada açılışı əlamətdar hadisədir. "Biz hər zaman Böyük Vətən müharibəsi qəhramanlarını xatırlamalı, onların hünərləri barədə gələcək nəsillərə danışmalıyıq".

Tədbirdə çıxış edən səfir Eynulla Mədətli bildirib ki, xatirə lövhəsi böyük məna kəsb edir. Onun sözlərin görə, bu iki xalq arasında dostluq və qarşılıqlı hörmət mənasını daşıyır.

Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev tədbirdə çıxışında bildirib ki, Ukraynanın faşistlərdən xilas olması üçün on minlərlə azərbaycanlı öz həyatını qurban verib. O qəhramanlıq göstərmiş şəxslərlə fəxr etdiyini vurğulayıb. Tağıyev onların adlarının əbədiləşdirilməsi üçün bundan sonra da Ukraynanın müxtəlif yerlərində abidələrin ucaldılacağını bildirib. Tağıyev həmçinin müharibə qəhrəmanlarına həsr etdiyi şerləri səsləndirib.

Xatirə lövhəsinin açılışında Krım Azərbaycanlıları İcmasının sədri Rəhim Hümbətov bildirib ki, icmanın təşəbbüsü ilə təməli qoyulan xatirə lövhəsi üzərində uzun müddətli iş aparılıb. Onun sözlərinə görə, bütün ərazi abadlaşdırılıb, bir neçə körpücük bərpa olunub. Hümbətov qeyd edib ki, Azərbaycan icması bundan sonra da parkın abadlaşdırılması işini davam etdirmək niyyətindədir, parkda pulsuz wi-fi ərazi yaradılacaq.

Cəlil Nəcəfov Yaltaya ilk daxil olan və şəhəri faşistlərdən xilas edən 323-cü atıcı alayın komandiri olub. 323-cü alay fəxri "Yalta alayı" adını alıb. Podpolkovnik Nəcəfov Qırmızı Döyüş Ordeni və bir çox medallar alıb, Yaltanın fəxri vətəndaşıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti