...

Özünü vəzifəli şəxsi kimi təqdim edərək dələduzluq edən qadına hökm oxunub

Cəmiyyət Materials 8 May 2013 11:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 may /Trend, müxbir A.Məmmədov/

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində vətəndaşların etibarından sui-istifadə edərək dələduzluq edən paytaxt sakini Nəzakət Məhərrəmovanın cinayət işi üzrə məhkəmə başa çatıb.

Trend-in məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Nəzakət Məhərrəmova 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Nəzakət Məhərrəmova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə ittiham edilib. O, özünü Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vəzifəli şəxsi kimi təqdim edərək bir qrup vətəndaşın etibarını qazanıb.

O, ünvanlı sosial yardım, təqaüd düzəltmək adı ilə vətəndaşlardan küllü miqdarda pul alıb və vədinə əməl etməyərək aldığı pulları mənimsəyib. Nəzakət Məhərrəmova zərərçəkənlərin şikayəti əsasında Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində həbs edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti