...

Ukraynanın Dövlət Televiziyası ulu öndər Heydər Əliyevə həsr olmuş "Liderlik dərsi" adlı sənədli filmin çəkilişinə başlayıb

Cəmiyyət Materials 8 May 2013 13:47 (UTC +04:00)
Ukraynanın Dövlət Televiziyası ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olmuş "Liderlik dərsi" adlı sənədli filmin çəkilişinə başlayıb.
Ukraynanın Dövlət Televiziyası ulu öndər Heydər Əliyevə həsr olmuş "Liderlik dərsi" adlı sənədli filmin çəkilişinə başlayıb

Azərbaycan, Bakı, 8 may /Trend, müxbir E.Mehdiyev/

Ukraynanın Dövlət Televiziyası ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olmuş "Liderlik dərsi" adlı sənədli filmin çəkilişinə başlayıb.

Ukrayna Azərbaycanlı Gənclər Birliyindən Trend-ə bildiriblər ki, Ukrayna Milli Televiziyasının tanınmış jurnalisti Sergey Sivalap və yazıçı-publisist, iqtisad elmlər doktoru Əlibala Məhərrəmzadənin ssenarisi əsasında çəkilən filmdə dahi ulu öndər Heydər Əliyevin zəngin və mənalı ömür yoluna nəzər salınacaq.

Əlibala Məhərrəmzadə verdiyi açıqlamada bu filmin çəkilişinin əsas səbəblərindən birini, ulu öndər Heydər Əliyevin tək xalqımız üçün deyil, dost dövlətlər qarşısında da danılmaz xidmətlərini geniş beynəlxalq cəmiyyətə nümayiş etdirmək olduğunu söyləyib.

Film sənədli analitik araşdırmalar xətti üzrə qurulub. Filmdə XX və XXI əsrin fenomenal şəxsiyyətlər səlnaməsinə əbədi imza atmış dahi öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişaf etdirilməsində tarixi xidmətləri, onun dünyanın elitar siyasi xadimləri arasında böyük nüfuz qazanması, dərin və müdrik təfəkkür sahibi kimi özündən sonra qoyub getdiyi siyasi ideologiyanın inkişaf dinamikasının sirrlərinə aydınlıq gətiriləcək.

Müəlliflər, həmçinin filmdə ümumilli lider Heydər Əliyevin Ukrayna xalqı qarşısnda göstərdiyi misilsiz xidmətlərini, onun Çernobl faciəsi zamanı keçmiş SSRİ rəhbərliyinin siyasi iradəsinə qarşı çıxaraq dost ölkənin bu fəlakətdən yaxa qurtarmasına yardımçı olmasını Ukraynanın 1-ci prezidenti Leonid Kravçukun və 2-ci prezidenti Leonid Kuçmanın xoş və yadda qalan xatirələri ilə tamaşaçıya təqdim edəcəklər.

Ukraynada vaxtilə bir çox mədəniyyət, incəsənət və sənaye müəssisələrinin, metro, zavod və fabriklərin inşa olunması birbaşa Heydər Əliyevin şəxsi təşəbbüsü ilə həyata keçirilmişdir. Filmdə bu tarixi xidmətlərə Ukraynanın keçmiış dövlət və hökumət rəsmiləri, elm və mədəniyyət xadimləri münasibət bildirməklə Heydər Əliyevi Ukraynanın ən yaxın və sədaqətli dostu kimi xarakterizə edirlər. Filmdə Heydər Əliyevin şərəfli ömür yoluna nəzər salan Ukraynanın ictimai siyasi xadimləri dahi öndəri 20-ci və 21-ci əsrin ictimai -siyasi arenasının "1 nömrəli lideri" adlandırmaqla onun xatirəsinin Ukraynada əbədiləşdirilməsinin tarixi əhəmiyyətindən bəhs edirlər.

Filmin çəkilişi mayın sonunda tamamlanacaq. Azərbaycanın 15 İyun-Milli Qurtuluş Günü Ukraynanın Milli Televiziyası ilə yayımlanacaq filmin redaktoru Möhsüm Qədiroğlu, rejissorları isə Georgi Spasokukotski və Anar Tahirovdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti